EN

Qazaxıstanın COP29 pavilyonu diqqəti dekarbonizasiya mövzusuna yönəldəcək

Bakı. Trend:

COP29-da Qazaxıstan Respublikası Milli Pavilyonunun fəaliyyətiçərçivəsində geniş tədbirlər proqramı təqdim olunur.

Trend xəbər verir ki, bubarədə Qazaxıstan Respublikasının Ekologiya və Təbii SərvətlərNazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, proqrama dekarbonizasiya məsələlərininmüzakirəsi, təcrübə mübadiləsi və iqlim məqsədlərinə nail olmaqüçün səmərəli həll yollarının işlənib hazırlanması daxildir.

Proqramla aşağıdakı linkdən tanış olmaq olar: https://igtipc.org/event-program-for-the-pavilion-of-the-republic-of-kazakhstan-at-cop-29/.

Noyabrın 11-də Bakıda dünyanın ən böyük və mötəbərtədbirlərindən biri hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) öz işinə başlayıb.

COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir 12-13 noyabrtarixlərində keçiriləcək Dünya Liderlərinin İqlim FəaliyyətiSammiti olacaq. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlıədalətli və iddialı “Yeni Kollektiv Kəmiyyət Hədəfi”ninrazılaşdırılmasıdır.

Chosen
25
2
az.trend.az

3Sources