EN

Tramp ABŞ-ın BMT-dəki səfiri vəzifəsinə namizədi müəyyənləşdirdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının üzvü Eliza Stefaniki Amerikanın BMT-dəki daimi nümayəndəsi olmağa dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

“Tramp Nyu-York konqresmeni Eliza Stefanikdən ABŞ-ın BMT-dəki səfiri postunu tutmağı xahiş edib”, - deyə kanal anonim qalmağı üstün tutan iki mənbənin sözlərini yazır.

Materialın müəllifləri qeyd ediblər ki, Stefanik Trampın “sadiq müttəfiqi” olmaqla yanaşı, Respublikaçılar Partiyası üçün də böyük pul yığan şəxsdir.

Chosen
23
4
publika.az

5Sources