EN

Osimhem zədəli İkardiyə belə dəstək oldu - Şəkillər

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın futbolçusu Viktor Osimhen zədəli komanda yoldaşı Mauro İkardiyə dəstək olub.

QOL.az xəbər verir ki, o, ötən gün Türkiyə Superliqasının 12-ci turunda "Samsunspor"la görüşdə (3:2) dubl edib.

Viktor ilk qolunu qeyd edərkən tribunalara baxaraq İkardinin formasını nümayiş etdirib. Həmçinin 25 yaşlı hücumçu İkardinin qol sevincini təkrarlayıb. 

Viktor həmin qolu vurarkən "RAMS Park" stadionunda Simge Sağının "Aşkın olayım" mahnısı da səslənib. 

Bu mahnı adətən, Mauro İkardinin vurduğu qollardan sonra səsləndirilir. 

Qeyd edək ki, Mauro İkardi Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Tottenhem"lə keçirilən oyunda zədələnib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, argentinalı hücumçunun sağ dizinin ön çarpaz bağı qopub. Ulduz futbolçu üçün mövsüm başa çatıb.

Chosen
33
teleqraf.com

1Sources