“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim klubda işə nədən başlayacağı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Amorimin sözlərini “The Athletic” sitat gətirib.
“Mançester Yunayted-in mənimlə başlanğıcda necə oynayacağını bilirəm, çünki tanış strukturdan başlamaq lazımdır.
Sonra komandadakı futbolçulara, zədə vəziyyətinə, ayrı-ayrı oyunçuların hücum və müdafiədəki çıxışına uyğunlaşırsan. Bütün bunları yaxın bir neçə həftə ərzində öyrənəcəyəm.