EN

İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır - Karolina Paskuali

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası(COP29) çərçivəsində "Greenpeace International" tərəfindən mətbuat konfransı keçirilib...

Poliqon Trend-ə istinadən bildirir ki, "Greenpeace Brasil" təşkilatının icraçı direktoru Karolina Paskuali bildirib ki, Braziliya bu sahədəki təşəbbüsünü COP29 çərçivəsində sabah elan edəcək.

"İqlim dəyişikliyi problemindən çıxış yolu dərhal tapılmalıdır. Çünki dünya istər tullantı qazları, istərsə də karbon qazı emissiyalarının atmosferə buraxılmasından əziyyət çəkir".

Tədbirdə "Greenpeace USA" Təşkilatının icraçı direktoru Suşma Ramanın videomüraciəti səsləndirilib.

"İqlim dəyişikliyi ilə mübarizənin aktuallaşmasında xalqlar, vətəndaş cəmiyyətləri, media nümayəndələri və hüquq müdafiəçiləri effektiv rol oynamalıdır. Cəmiyyətlər ilə növbədə müstəmləkəçiliyə qarşı mübarizəni gücləndirməlidir. Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var. Bu səbəbdən də yaradılmış imkandan ən səmərəli şəkildə istifadə etməliyik. Bizim başqa çıxış yolumuz yoxdur",- deyə o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Poliqon.info 

Chosen
13
8
poliqon.info

3Sources