EN

Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”

Murat
“Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb” 1news.az xəbər verir ki, bunu Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum COP29-da Türkiyə pavilyonunun açılış mərasimində deyib
“Türkiyə nümayəndə heyəti, ölkənin 2053 hədəflərini və bu çərçivədə hazırladığı strateji layihələri bütün dünya ilə paylaşmaq üçün Azərbaycanın ev sahibliyi COP29-a qatılıb. Prezidentimizin elan etdiyi 2053 hədəflərimizlə bağlı ölkəmizin layihə və strategiyalarını burada təqdim edəcəyik”. Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayan nazir deyib ki, "İki dövlət, tək millət” olaraq Azərbaycanlı qardaşlarımızı tək buraxmamaq adına buradayıq: Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin xüsusi əhəmiyyəti var və bu çərçivədə layihələrimizi təqdim edəcəyik," - ifadələrini işlədib.

Nazir deyib ki, tədbirdə həmçinin Türkiyə Xəzinə və Maliyyə Nazirliyi də ölkənin maliyyə sahəsindəki hədəfləri və irəliləyişlərini dünya ilə bölüşmək və maliyyə əməkdaşlıqları qurmaq üçün müzakirələr aparacaq. Bu tədbirin həm Türkiyə, həm də Azərbaycan üçün faydalı olacağı gözlənilir.

Chosen
31
1news.az

1Sources