EN

Barbaros Şansal aeroportda saxlanıldı

Məşhur modelyer Barbaros Şansal KKTC-dən qayıdarkən İstanbul hava limanında saxlanılıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyəyə daxil olmaq üçün pasport nəzarəti məntəqəsinə gedən modelyer haqqında axtarış qərarı olduğu müəyyən edilib. Bundan sonra o, polis  tərəfindən saxlanılaraq İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.

Məhkəmədə məşhur modelyer haqqında "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" maddəsi ilə axtarışda olduğu məlum olub.

Milli.Az

Chosen
10
10
milli.az

10Sources