EN

Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb

Azərbaycan Avropa Komissiyası ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) enerji təşəbbüsləri üzrə müzakirələr aparıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, Bakıda COP29 çərçivəsində səfərdə olan Avropa Komissiyasının Enerji üzrə baş direktoru Ditte Juul Jorgensen ilə enerji əməkdaşlığının inkişafına dair səmərəli görüş keçirib.

“Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığımızın bir hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya təbii qaz və “yaşıl enerji tədarükü, Xəzər və Mərkəzi Asiyadan başlayan “yaşıl enerji dəhliz”ləri üzrə müzakirələr apardıq”, - deyə P. Şahbazov qeyd edib.

Chosen
13
7
ikisahil.az

10Sources