EN

Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib.

Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.

Chosen
19
8
musavat.com

10Sources