EN

COP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək -Con Podesta

COP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək.

Bunu Bakıda COP29 çərçivəsində keçirilən brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.

"ABŞ COP29 Rəyasət Heyəti və dünya üzrə həmkarlarımızla bir sıra məsələlərdə işləmişdir. Məsələn, sabah biz Çin və Azərbaycanla birlikdə metanla bağlı sammit keçirəcəyik ki, bəzən o qədər də diqqəti cəlb etməyən, lakin tamamilə istixana effektinin yarısına, qlobal istiləşməyə səbəb olan bir şeyi azaltmaq olar. Buna görə də, biz insanları yeni maliyyələşdirmə formulu üzərində çox işləməyə təşviq etməyə davam edəcəyik", - o bildirib.

Podesta qeyd edib ki, realist olmaq lazımdır.

"Biz 6-cı Maddənin yekunlaşdırılması istiqamətində irəliləyiş əldə edirik. Məncə, biz Dubay Konsensusunun uğuruna əsaslanan mühüm nəticələr üzərində işləyirik, xüsusilə də bərpa olunan enerjinin üç dəfə artırılmasının daha çox səy tələb etdiyi enerji sahəsində. Və COP29-un yekun sənədi dünyanı düzgün istiqamətə yönəldəcək. Deməli, hələ görüləsi çox iş var. Komandamız işin yerinə yetirilməsinə əmin olmaq üçün buradadır", - o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
2
olaylar.az

2Sources