EN

"Milan"ın sabiq çalışdırıcısının yeni iş yeri bllindi - RƏSMİ

Marko Campaolo iki illik fasilədən sonra yenidən məşqçiliyə qayıdıb.

Fanat.Az xəbər verir ki, A Seriyası klubu "Leççe" 57 yaşlı mütəxəssisin baş məşqçi postuna təyin olunduğunu rəsmən açıqlayıb. 

Campaolo ilə 2024/2025 mövsümünün sonuna qədər müddətə müqavilə imzalanıb. Komanda A Seriyasında yerini qorumağı bacarsa, işbirliyinin müddəti uzadılacaq.

"Leççe" qeyri-qənaətbəxş nəticələrə görə ötən gün Luka Qotti ilə yollarını ayırdığını açıqlamışdı. 
Hazırda komanda İtaliya çempionatının turnir cədvəlində 18-ci yerdədir. 
Qeyd edək ki, 2019-cu ildə Marko Campaolo cəmi yeddi matçda olsa da, "Milan"ı çalışdırıb.

Mirağa 

Chosen
12
fanat.az

1Sources