EN

Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi

Azərbaycanda ehtiyatda olan polkovnik-leytenant Valeh Rəfiyev vəfat edib.

Modern.az xəbər verir ki, veteran hərbçi bu gün Qax rayonunun Qarabaldır kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Valeh Rəfiyev 1991-ci ildə yaradılan və Azərbaycanın ilk hərbi hissəsi hesab edilən 701 saylı hərbi hissənin komandiri olub.

Hərbi hissə Valeh Rəfiyevin rəhbərliyi altında Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.

"Cebheinfo.az"

 

Chosen
11
23
cebheinfo.az

10Sources