EN

“PAŞA Bank” COP29 çərçivəsində "Korporativ dayanıqlılıq" adlı müzakirə paneli keçirir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişafvə bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirakedir.

Bu gün, 12 noyabrda, “PAŞA Bank” Yaşıl Zonada "Korporativdayanıqlılıq" adlı panel müzakirəsini təşkil edir. Yerli və xaricimütəxəssisləri bir araya gətirən paneldə korporativ dayanıqlılığınprinsipləri, bu sahədə beynəlxalq təcrübə, müəssisələr tərəfindənətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin əməliyyatlaraeffektiv tətbiqi barədə fikir mübadiləsi aparılacaq.

Ekspertlər - BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsiSamir Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru FəridHüseynov, “Siemens Energy” şirkətinin Qərbi Avropa, Türkiyə,Mərkəzi Asiya və Qafqaz üzrə məsul vitse-prezidenti Maksim Zubov,“PwC” şirkətinin dayanıqlılıq üzrə rəhbəri Uil Cekson Mur və“Masdar” şirkətinin baş əməliyyat inzibatçısı Abduləziz Alobaidlidayanıqlı biznes modellərinin üstünlükləri, yeni tənzimləmələrəuyğunlaşma və diqər mövzuları müzakirə edəcəklər.

Müzakirə panelini izləmək istəyənlər 15:00-da Yaşıl Zonadayerləşən D42 pavilyonuna dəvət olunurlar.

Chosen
10
3
az.trend.az

5Sources