EN

Hersoq ABŞ-da Baydenlə görüşür: Bakıya gələcəkmi?

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Co Baydenlə Ağ Evdə sabah yerli vaxtla saat 11:30-da görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilib ki, o, günə saat 9:00-da ABŞ-ın BMT nümayəndəliyinə Trampın namizədi və İsrailin qəti tərəfdarı olan konqresmen Elise Stefanik ilə görüşlə başlayacaq. Herzoqun daha sonra 7 oktyabr hücumlarından bəri İsrailə müntəzəm səfər edən İsrailin digər dəstəkçisi senator Lindsi Qrehemlə görüşü olacaq.

Qeyd edək ki, bundan öncə nəşr İshaq Hersoqun 3 nazir və 100-dən çox nümayəndə ilə Bakıda keçirilən COP29 sammitinə qatılacağını açıqlamışdı. Məlumatda bildirilirdi ki, Hersoq tədbirin ikinci həftəsində Bakıya gələcək.

Chosen
11
1
buta.tv

2Sources