EN

“MAKRON ƏLİYEVLƏ SƏMİMİ SÖHBƏT ETMƏLİ İDİ” – Fransız siyasətçidən maraqlı açıqlamalar

Fransalı siyasətçi, ölkənin sabiq Ətraf mühit naziri Bris Lalonde rəsmi Parisin Azərbaycanla bağlı siyasətini tənqid edib.

“AzPolitika” xəbər verir ki, “France24” kanalına açıqlamasında siyasətçi keçmiş Qarabağ münaqişəsinin tarixi və reallıqları, eləcə də beynəlxalq hüququn və ədalətin kimin tərəfində olduğu barədə fransızlara məlumat verib.

Aparıcının Bakı və İrəvan arasındakı münaqişə, Fransa ilə Azərbaycan arasında münasibətlər, eləcə də “Yeni Kaledoniya mövzusu” barədə suallarını cavablandıran Lalonde Prezident Emmanuel Makronun Azərbaycan siyasətini tənqid edib: “Hesab edirəm ki, o (Makron) Prezident Əliyevlə səmimi söhbət etməli idi. Bilirsiniz ki, bizim Ermənistanla uzun müddət dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yadınızdadırsa, hələ ötən əsrdə, mən nazir olanda, 1990-cı illərdə Ermənistan Qarabağı ələ keçirmişdi, hamı bunu unudub. İndi də düşünürsünüz ki, Azərbaycan Qarabağı ələ keçirib. Yox, onlar (Qarabağı) geri qaytarıblar. Beynəlxalq hüquq isə onların tərəfindədir və yaddaşı zəif olan bir çox fransız siyasətçiləri (öz bəyanatlarında) ehtiyatlı olmalıdırlar.

Hesab edirəm ki, Azərbaycan öz işini görən və COP-u təşkil etməyə çalışan yaxşı ölkədir. Biz onlara uğur qazanmağa kömək etməliyik”.

“AzPolitika.info”

Chosen
18
azpolitika.info

1Sources