EN

Bu dəfə yağan yağış nəticəsində zəif yerləri görmüş olduq - Əzizov

"Bu dəfə yağan yağış nəticəsində zəif yerləri görmüş olduq. Bilirsiniz ki, kanalizasiya su təhcizat sistemi ADSEA-nın, tunellərin subasması isə "Azərtikinti yol"un balansında olan strukturlardır".

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib:

"Bakı Şəhər İcra Hakimiyyəti koordinator kimi çıxış etməlidir. Biz özümüzü bu məsuliyyətdən qəti kənarlaşdırmırıq. Əksinə, qurumlarla əməkdaşlıq edirik. Artıq belə bir hadisələrin təkrar baş verməməsi üçün lazımi tədbirlər görülür".

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin kanalizasiya xətlərinin və körpülərin keyfiyyəti ilə bağlı məhkəməyə müraciət edib-etməməsi məsələsinə də münasibət bildirib:

"Artıq baş vermiş hadisələrlə bağlı prokurorluqda iş açılıb. Mövcud hadisə baş verən tunel Dəmiyolunun balansında olan bir tuneldir. Prokurorluq tərəfindən istintaq aparılır. Son nəticələr haqqında yaxın günlərdə məlumat veriləcək".


Müəllif: Rəqsanə Həsənova
Chosen
17
1
teleqraf.com

2Sources