Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un ikinci günündə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavanlandırarkən deyib.
O qeyd edib ki, COP29-un aydın şəkildə nəticələr ortaya qoyacağına ümidlər var:
"İqlim dəyişikliyi ilə bağlı mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq. İnanırıq ki, bütün ölkələrin dəstəyi artacaq. Özəl sektor da maliyyələşmədə əsas mənbə kimi masaya qoyulacaq".