EN

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

Noyabrın 12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Gundem.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in Baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

 

Chosen
17
30
gundem.az

10Sources