EN

Millinin dişsiz hücum xətti – Santuşun seçimi necə olacaq?

Azərbaycan millisi UEFA Millətlər Liqası V turunda doğma meydnanda Estoniyanı qəbul edəcək. Yığmamız buna qədər keçirdiyi görüşün hamısında məğlub olub. Fernandu Santuşun yetirmələri bu matçda ilk qələbəsi qazanmaq üçün meydana çıxacaq. İlk dəfə Qəbələdə keçiriləcək millinin oyununa marağın da yüksək olması gözlənilir.

Portuqaliyalı çalışdırıcı bu görüş üçün yığmaya 24 futbolçu dəvət edib. Bunların dördü hücumçudu. Ramil Şeydayev, Musa Qurbanlı, Nəriman Axundzadə və Mahir Emreli millimizin əsas qol yükünü daşıyacaq. Şans alacaq adıçəkilən oyunçulara xüsusən də  qələbə hədəfi ilə meydana çıxılacaq Estoniya görüşündə çox iş düşəcək. 

Ancaq heyətdə yer alan hücumçuların cari mövsüm performansı o qədər də yüksək səviyyədə deyil. “Nürnberq”də forma geyinən Mahir Emreli xaric, digər forvardların çıxışı yetərsizdi:

Ramil Şeydayev 13 oyun, 3 qol

Nəriman Axundzadə – 9 oyun, 1 qol

Musa Qurbanlı – 5 oyun, 0 qol

Estoniya görüşündə Santuşun necə bir heyətlə meydana çıxacağı hələlik bəlli deyil. Ancaq hücum xəttində ciddi bir problem olduğu aşkar görünür. Millinin qələbə hədəfi ilə meydana çıxacağı Estoniya matçında portuqaliyalının bu mövqedə necə bir seçim edəcəyi maraqla gözlənilir.

Xatılradaq ki, Renat Dadaşovla Rüstəm Əhmədzadə zədə səbəbindən Estoniya və İsveç oyunlarını buraxacaq. 

İdmanxeber.az

 

Chosen
16
idmanxeber.az

1Sources