\"Lion\"un işi çətin olacaq.
Bunu \"Report\"a açıqlamasında \"Qarabağ\"ın prezidenti Tahir Gözəl Bakıda Fransa təmsilçisinə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-off şansları ilə bağlı da danışıb:
\"Çox ümidliyəm. Klubuma inanıram. Son matçdan əvvəl demişdim ki, \"Qarabağ\" yaxşı formadadır. Sonuncu qarşılaşmada da bunu sübut etdik. Önümüzdə fürsət var\".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək \"Qarabağ\" - \"Lion\" qarşılaşması noyabrın 28-də təşkil olunacaq. \"Köhlən atlar\" IV turda Norveçdə \"Budyo Qlimt\"i məğlub edib - 2:1.