EN

Emin Əmrullayev: "Dayanıqlı inkişafa əsaslanan universitet modelləri müzakirə ediləcək"

"Bizim bir neçə təşəbbüsümüz var. Əsas təşəbbüs iqtisadi əməkdaşlığın inkişafı və UNESCO ilə birlikdə 2029-cu ildə keçiriləcək PISA qiymətləndirilməsində ətraf mühit bacarıqlarının elm bacarıqları ilə yanaşı ölçülməsi təklifimizdir. İnanıram ki, bu təklif dünyanın müxtəlif ölkələrində hazırda yaşıl təhsil, ətraf mühit təhsili ilə bağlı aparılan işi ilk dəfə olaraq ölçəcək".

Bunu Oxu.Az-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə hansı ölkələrdə hansı müsbət təcrübələrin olduğu və bunlardan digər ölkələrin necə faydalana biləcəyi barədə kifayət qədər məlumat verəcək:

"O cümlədən ali təhsil sistemində dayanıqlı inkişafa əsaslanan universitet modelləri müzakirə ediləcək və məhz COP çərçivəsində bütün dünya üçün dayanıqlılıq sahəsində universitetlərin reytinqi açıqlanacaq. Ümid edirik ki, Azərbaycan universitetləri də bu reytinqdə öz layiqli yerini tutacaqlar. COP29-dan sonrakı dövrdə isə istər məzmun, istər tədris, istərsə də qiymətləndirmə baxımından əhəmiyyətli şəkildə irəliyə doğru addım atacağımıza ümid edirəm".

Poliqon.info

 

Chosen
32
1
poliqon.info

2Sources