EN

Əli Əsədov həmkarları ilə görüşdü

Baş nazir Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatini Krallığının Baş naziri Rassel Dlamini ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

***

Əli Əsədov, həmçinin Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braunla söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə Antiqua və Barbudanın beynəlxalq təşkilatlarda əməkdaşlıq etdikləri bildirildi, ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Chosen
20
2
qafqazinfo.az

10Sources