EN

BMT BA komitəsi Rusiyanın neonasizmlə mübarizəyə dair qətnaməsini qəbul edib

BMT Baş Assambleyasının 3-cü Komitəsi Rusiyanın təqdim etdiyi “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə kömək edən digər təcrübələrin tərənnümü ilə mübarizə” adlı qətnamənin lehinə səs verib.

Bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, sənədi 116 ölkə dəstəkləyib, 54 ölkə əleyhinə çıxıb, 11 ölkə isə bitərəf qalıb. Qətnamənin lehinə çıxış edənlər arasında Azərbaycan da olub.

Chosen
19
8
sam.az

10Sources