EN

COP for Hope: Bakıda COP29 yüksək səviyyədə təşkil olunub - Gürcüstanın baş naziri

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29)Tərəflər Konfransının 29-cu sessiyası yüksək səviyyədə təşkilolunub.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziriİrakli Kobaxidze deyib.

"Bakıda olmaq və COP29-da iştirak etmək mənim üçün böyükşərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin nitqi möhtəşəm idivə açılış mərasimi dərin təəssürat yaratdı. Bakıda keçirilənkonfrans yaxşı təşkil olunmuşdu. Bu tədbirin hazırlanmasında vəkeçirilməsində əməyi olan hər kəsə səmimi təşəkkürümü bildirirəm",- o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
12
4
az.trend.az

10Sources