EN

Quterreş iqlim dəyişikliyi ilə mübarizədə ölkələrə kömək etməyə çağırıb

İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş ölkələrdən daha çox dəstək almalıdırlar. Bu fikri BMT-nin baş katibi Antonio Quterreş deyib.

"İnkişaf etmiş ölkələr öz texnoloji imkanlarını birləşdirməli və inkişaf etməkdə olan ölkələri dəstəkləməlidirlər", - Quterreş Bakıda keçirilən BMT İqlim Konfransında (COP-29) liderlər sammitinin açılışında deyib.
 
O əlavə edib ki, İyirmilik Qrupu (G20) ölkələri iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir.

Baş katibin sözlərinə görə, inkişaf etməkdə olan ölkələr "dövlət maliyyələşdirməsinin kəsilməsi, dağıdıcı iqlim fəlakətləri və xarici borclara xidmət də daxil olmaqla bir çox maneələrlə üzləşmək məcburiyyətindədirlər” və bunun nəticəsində iqlim dəyişikliyinə uyğunlaşmaq üçün vəsait çatışmır.
 
O, 2023-cü ildə qlobal miqyasda təmiz enerjiyə yatırılan hər dollar üçün inkişaf etməkdə olan ölkələrdə yalnız təxminən 15 sent xərcləndiyini vurğulayıb.

Quterreş qeyd edib ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyənin effektiv şəkildə bölüşdürülməsi üçün müasir reallıqlara cavab verən və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alan yeni saziş bağlamaq lazımdır. 

BMT-nin Bakı İqlim Konfransı postsovet məkanında ilk olub. İlkin hesablamalara görə, COP-29 günlərində Bakıya 72 min qonaq gəlib.

www.anews.az
Chosen
41
anews.az

1Sources