EN

Tokayev: "Qazaxıstan Azərbaycan Prezidentinin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qazaxıstan Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır".
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 Liderlər Sammitində milli bəyanatında deyib.
"Dünyanın ən böyük gölü təhlükədədir. Bu, narahatlıq doğurur və uzunmüddətli beynəlxalq birgə fəaliyyət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər üzrə təşəbbüsünü, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını alqışlayır və dəstəkləyirik", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.
O, həmçinin əlavə edib ki, Qazaxıstan Aral dənizinin xilas edilməsi üçün səylərini əsirgəməyəcək.
Qazaxıstan Prezidentinin sözlərinə görə, təbii fəlakətlər geniş daşqınlar şəklində onun ölkəsindən də yan keçməyib. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Qazaxıstan çoxsəviyyəli reaksiya və xilasetmə sistemi təqdim edəcək.
Chosen
37
50
oxu.az

10Sources