EN

Ordumuzun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında - Fotolar

Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev noyabrın 12-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com
Chosen
69
22
teleqraf.com

10Sources