EN

Slovakiya Prezidenti: “İstənilən ölkə iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir”

Slovakiya iqlim dəyişikliyi ilə mübarizə məsələlərində birliyə nail olmağa çalışır və “yaşıl keçid”də fəal iştirak edir.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bildirib.

"Biz 1990-cı illə müqayisədə emissiyaları 50 faiz azaltmışıq. Plan və hədəfimiz 2030-cu ilə qədər bu emissiyaları 55 faiz azaltmaqdır", - o vurğulayıb.

Prezident qeyd edib ki, konfrans çərçivəsində çoxsaylı tərəflərlə əməkdaşlıq etmək imkanı var:

"Düşünürəm ki, hamı bu tədbirdə iştirak etməlidir, çünki hər bir ölkə sahəsindən asılı olmayaraq iqlim dəyişikliyi problemi qarşısında çox kiçikdir", - Prezident bildirib.

Chosen
5
7
demokrat.az

8Sources