EN

Xəzər dənizinin sahillərində mindən çox ölü suiti tapıldı

Alimlər Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox suitinin tələf olma səbəblərini araşdırırlar.

 

Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Nurqali Baymukanovun TASS-a verdiyi məlumata görə, mütəxəssislər ilk dəfədir bu qədər ölü suiti qeydə alırlar.

 

Agentliyin həmsöhbəti qeyd edib ki, heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil.

 

"Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır. Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər. Heyvanlarda ölümlə nəticələnə biləcək virusların olub-olmadığını öyrənəcək virusoloqlar da öz sözünü deməlidirlər", - deyə Baymukanov bildirib.

 

O qeyd edib ki, ölmüş suitilərin kiçik bir hissəsində zədələnmə əlamətləri var, lakin mütəxəssisin fikrincə, bu, ölüm səbəbləri barədə nəticə çıxarmağa əsas vermir.

 

Oxu.az

Tarix: 13 Noyabr 2024, 08:24   
Chosen
52
9
pravda.az

10Sources