EN

COP29: "Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar"

\"Bildiyiniz kimi, \"Qarabağ\" Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. Bu da COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib\".

AZXEBER.COM xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında \"Qarabağ\"ın İdarə Heyətinin üzvü Asif Əsgərov Ağdam təmsilçisinin iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış etməsi barədə danışarkən deyib.

O bildirib ki, \"Qarabağ\" bu tədbiri Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil edir:

\"Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşılayıblar. Onu deyə bilərəm ki, əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik. Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik. Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq\".

Qeyd edək ki, futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə bağlı tədbir noyabrın 16-da baş tutacaq.

Chosen
18
16
azxeber.com

10Sources