EN

Nepal XİN-in rəsmisi: İnkişaf etmiş ölkələr öhdəliklərini yerinə yetirməlidir

Nepal dağlıq ölkədir, dağlardakı qarların əriməsindən narahatıq.

APA-nın xəbərinə görə bunu, Nepalın Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Rai jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu təkcə Nepal üçün deyil, eyni zamanda dağlıq ərazilərdə yerləşən bütün ölkələr və milyardlarla insan üçün təhlükədir.

“Beləliklə, biz dağlardakı qarların əriməsinin qarşısını almağa diqqət yetirməliyik. Bu işdə Azərbaycan, Nepal və təbii ki, digər ölkələr, bütün tərəflər birlikdə çalışmalıdırlar. İnkişaf etmiş ölkələr öhdəliyini yerinə yetirməlidirlər. Ümid edirik ki, iqlimin maliyyələşdirilməsini həyata keçirən ölkələr meydana çıxıb öz öhdəliklərini yerinə yetirəcəklər”, - deyə katib vurğulayıb.

Chosen
41
42
apa.az

10Sources