EN

İtaliya nüvə sintezində aparıcı mövqedədir - Ciorcia Meloni

Bakı. Trend:

İtaliya nüvə sintezində aparıcı mövqedəri.

Trend xəbərverir ki, bunu İtaliyanın baş naziri Ciorcia Meloni Bakıdakeçirilən COP29 sammitində çıxışı zamanı deyib.

Meloni qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçünbirgə fəaliyyətə çağırıb və sammitə ev sahibliyi etdiyi üçünAzərbaycana təşəkkür edib.

O, Dubay sammitində qarşıya qoyulan məqsədlərdən danışaraq,2030-cu ilə qədər bərpa olunan enerji potensialının üç dəfə vəenerji səmərəliliyinin iki dəfə artırılmasının vacibliyinivurğulayaraq, ən böyük istixana qazı emissiyaları mənbələriarasında əməkdaşlığın vacibliyini qeyd edib.

Onun sözlərinə görə, İtaliya iqlim fondundan Afrikatəşəbbüslərinə 4 milyard avrodan çox vəsait ayırmaqla və həm Yaşılİqlim Fondunu, həm də Təzminat Fondunu dəstəkləməklə üzərinə düşənietməyə hazırdır.

Meloni həmçinin balanslaşdırılmış enerji keçidinin vədəstəklənən texnologiya neytrallığının vacibliyini vurğulayıb. O,bərpa olunan mənbələr, bioyanacaq, hidrogen və nüvə sintezini əhatəedən şaxələndirilmiş bir yanaşma təklif edərək, qalıcı yanacaqlaravahid alternativin olmadığını qeyd edib.

"İtaliya nüvə sintezi sahəsində aparıcı mövqedədir. G7-yəsədrliyimiz çərçivəsində biz Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin sponsorluğu ilə World Fusion Energy Group-un ilkiclasını təşkil etdik. Oyunun qaydalarını dəyişdirmək, enerjinigeosiyasi silahdan ortaq resursa çevirmək potensialına malik olanbu texnologiyanı yenidən işə salmağa qərarlıyıq", - o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
25
4
az.trend.az

5Sources