EN

Türkiyə İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası və Fəaliyyət Planı hazırlayıb

Türkiyə “2024-2030-cu illər üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası və Fəaliyyət Planı” hazırlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə COP29 "Mavi Zona"sında hazırlanan sənədlə bağlı keçirilən təqdimatda bildirilib.

Bildirilib ki, bu, Türkiyədə iqlim dəyişikliyinin təsirlərinə hazır olmaq və buna uyğunlaşmaq üçün iqtisadi, sosial və ekoloji cəhətdən daha davamlı və uzunmüddətli yaşıl bir Türkiyə baxışı ilə hazırlanıb.

Qeyd olunub ki, sənəd risk analizlərinə əsaslanan 11 sektoru və bir sıra vacib məsələləri əhatə edir. Tədbirlər Planı çərçivəsində aidiyyəti qurum və təşkilatlarla əməkdaşlıqda 40 strateji məqsəd və 129 tədbir müəyyən edilib.

Türkiyənin ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurum çıxışında vurğulayıb ki, ölkələri gələcək nəsillərin və dünyanın qorunması üçün üzərinə düşən vəzifələri həssas və hərtərəfli yerinə yetirməyə davam edəcək:

"Ümid edirəm ki, milli miqyasda həyata keçirilən bu araşdırma bütün maraqlı tərəflərlə əməkdaşlıq edərək Türkiyənin qlobal iqlim dəyişikliyi ilə mübarizəsində daha da irəliləməsinə vəsilə olacaq".

"Cebheinfo.az"

Chosen
46
cebheinfo.az

1Sources