Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan ÜDM reytinqində Yaponiyanı geridə qoymağa hazırlaşır.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Hindistan üçün 2024-cü ildə 7 faiz, 2025-ci ildə isə 6,5 faiz artım proqnozlaşdırır.
Qurumun Yaponiya üçün proqnozu isə bu il 0,3 faiz, gələn il 1,1 faiz artım istiqamətindədir.
Bəzi iqtisadçıların fikrincə, iqtisadi tənəzzül və zəif yen dünyanın 4-cü iqtisadiyyatının 5-ci yerə geriləməsinə səbəb olduğundan Hindistanın ümumi daxili məhsulu tezliklə Yaponiyanınkından daha çox ola bilər.
BVF dəyişikliyin 2025-ci ildə baş verəcəyini proqnozlaşdırır. “S&P Global Ratings” isə 2030-cu ilə qədər iki ölkənin ÜDM reytinqində yerlərini dəyişdirəcəyini proqnozlaşdırır.
Xatırladaq ki, Yaponiya 2010-cu ildə Çinin onu geridə qoymasına qədər dünyanın ikinci ən böyük iqtisadiyyatı idi. Bu ilin əvvəlində isə Almaniya iqtisadiyyatı Yaponiyadan daha böyük olub.