EN

Tanınmış jurnalist dünyasını dəyişdi

Jurnalist və teleaparıcı Aleksey Zimin dünyasını dəyişib.

Oxu24.com  Rusiya mediasına istinadən xəbər verir ki, 52 yaşlı jurnalistin ölüm səbəbi bilinmir. Zimin son illərdə Londonda yaşayırdı.

Zimin "Aleksey Ziminlə yemək" proqramının müəllifi və aparıcısı idi. Bundan əlavə, o, “Afisha-Eda” və “GQ” jurnalının baş redaktoru və “Kommersant”ın qastronomiya üzrə köşə yazarı olub.

Chosen
22
6
oxu24.com

7Sources