EN

“Onlara maliyyə ayrılmalıdır ki, ayaqda qala bilsinlər” - Haynes

"İqlim dəyişikliyi dünyadakı kiçik ölkələrə çox mənfi təsir göstərir".

Teleqraf.com xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un rəsmi logistika üzrə tərəfdaşı olan “Rhenus” şirkəti tərəfindən keçirilən birgə panel sessiyasında Kiçik Ada Dövlətləri Alyansı sədrinin iqlim diplomatiyası komandasının rəhbəri Rueanna Haynes deyib.

“Karib dənizi ölkələrində insanların qazancı inkişaf edən ölkələrlə müqayisədə azdır. Karib dənizi ölkələri iqlim dəyişikliyinə təsir edən ölkələr deyil. Lakin iqlim dəyişikliyindən əziyyət çəkirlər. İqlim dəyişikliyi kiçik ölkələrə çox mənfi təsir göstərir. Onlara maliyyə ayrılmalıdır ki, ayaqda qala bilsinlər”, - bildirib.


Müəllif: Teleqraf.com
Chosen
11
2
teleqraf.com

3Sources