EN

FİFA-dan yeni addım: VAR-a alternativ FVS

FİFA futbola dair yeni texnologiya üzərində işləyir.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Hakimlər Komitəsinin sədri Pyerluici Kollina ESPN-ə müsahibəsində bildirib. FVS (Futbol Video Dəstəyi) adlanan bu sistem VAR-a alternetiv hesab olunur.

Onun sözlərinə görə, bununla bağlı bəzi yerli federasiyalarla müzakirə aparılıb, problem yaranmayıb və müsbət cavab alınıb. Kollina deyib ki, məsələ ilə əlaqədar ilkin hesabat hazırlanaraq tezliklə müzakirə edilməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) təqdim ediləcək.

Bəs, FVS nədir?

Kollina bildirib ki, bu, VAR sistemi deyil. O bildirib ki, bunun VAR-ın olmadığı, çəkilişlərin 4 kamera ilə aparıldığı liqalarda tətbiqi nəzərdə tutulur.

Rəsmi video köməkçi hakimin nəzarət etdiyi ənənəvi VAR-dan fərqli olaraq, FVS yalnız məşqçilərə səhv hesab etdikləri epizodlara görə həmin texnologiyaya 2 dəfə müraciət etmək imkanı verir.

Bu halda hakim epizodu meydança yaxınlığında quraşdırılan xüsusi monitorda müstəqil şəkildə izləyir. VAR-dan fərqli olaraq, FVS-də istənilən kadrları seçən video köməkçilər, həm də texnoloji imkanlar yoxdur. Səhv barədə əvvəlcədən xəbərdarlıq etmədən ilkin qiymətləndirmənin düzgün olub-olmadığına yalnız hakim özü qərar verir.

“Məsələn, stadionda düzgün yerləşdirilmiş kameralar olmadan oyundankənar vəziyyətlərdə yalnız açıq-aydın görünən ofsayd nəzərə çarpacaq. Ona görə də hakimin özünün yekun qərarı çox vacib olaraq qalır”, - Kollina bildirib.

Bu sistem artıq qadınlar arasında U-20 və U-17 dünya çempionatları zamanı istifadə olunub. FİFA sistemi digər yarışlarda da sınaqdan keçirə biləcəyinə ümid edir.

Chosen
16
9
axar.az

10Sources