EN

Yüksək səviyyədə keçirilən COP29 bəşəriyyətin gələcəyi ilə bağlı fürsətlər konfransıdır - AÇIQLAMA

Azərbaycan enerji müxtəlifliyini həyata keçirən bir ölkə kimi örnək fəaliyyətlər həyata keçirir. Qara dənizin dibi ilə yaşıl enerjinin ötürülməsi layihəsinin həyata keçirilməsi çox mühüm bir addımdır. Azərbaycan artıq yaşıl enerjidən əldə olunan elektrik enerjisinin böyük ixracatçısına çevrilməkdədir. Bu istiqamətdə bölgələrimizdə, xüsusilə işğaldan azad olunmuş bölgələrdə külək, günəş enerjisi su enerjisindən geniş istifadəsinin həyata keçirilməsi Azərbaycanın COP29-a verdiyi əməli töhfənin nəticəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

M.Məmmədli qeyd edib ki, COP29 həm də, bir fürsətlər konfransıdır. Çünki, bu istiqamətdə inkişaf etmiş ölkələrə və Azərbaycanın dəstək verdiyi ada ölkələrinə iqlim dəyişikliklərində daha çevik mübarizə aparılması üçün öz iqtisadiyyatını yaşıl iqtisadiyyata çevrilməsi üçün təkliflərin irəli sürülməsi də gözləniləndir. Azərbaycanı neft istehsalçısı kimi, qaz istehsalçısı kimi bəzi ölkələrdən fərqli olaraq yaşıl enerjiə sərmayə yatırır, iqlim dəyişikliyinə qarşı mübarizədə liderdir. Möhtərəm cənab Prezident xüsusilə qeyd etdi ki, Avropanın çətin zamanlarında qaza və karbohidrogen ehtiyatlarına ehtiyac olduğu zaman bu əməkdaşlığı və bu istehsalın stimullaşdırılmasını özləri istəyirdilər. Ancaq hal-hazırda isə bu istiqamətdə aparılan təbliğata baxmayaraq, Azərbaycan bir daha sübut etdi ki, neft və qaz istehsalçısı olmasına baxmayaraq, həmin prosesdə əldə olunmuş gəlirlərin əslində yaşıl enerjiyə investisiya olması baxımından örnək bir ölkədir.

Səbinə Kazımova, “İki sahil”

Chosen
21
ikisahil.az

1Sources