EN

Düşmənlərini ağır məğlubiyyətə uğradan növbəti diplomatik qələbə - Şərh 

"COP29-un yüksək səviyyədə təşkili Azərbaycanın qlobal miqyasda növbəti diplomatik-siyasi uğurudur. Bu tədbirin belə yüksək səviyyədə keçirilməsi, qonaqların iştirakını bir daha Azərbaycanın və cənab Prezident İlham Əliyevin dünyadakı nüfuzunun göstəricisi kimi dəyərləndirmək lazımdır. Qlobal əhəmiyyətli COP29-un yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın qlobal səviyyədə nüfuzunun artmasına səbəb olacaq".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ən yüksək səviyyədə keçirməklə, indiydək tədbirin keçirilməsini boykot edilməsi istiqamətində çağırış edən qüvvələri ağır məğlubiyyətə uğratdı: "Hər zaman olduğu kimi cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində başda Fransa olmaqla, anti-Azərbaycan qüvvələr, erməni lobbisinin son bir ilə yaxın müddətdə COP29-la əlaqədar olaraq ölkəmizə qarşı həyata keçirdiyi dezinformasiya xarakterli çirkin, iftira dolu, yalan qarayaxma kampaniyası növbəti dəfə iflasa uğradı. Bu anti-Azərbaycan qüvvələr növbəti dəfə ağır məğlubiyyətin acısını dadmalı oldular. Bu şər qüvvələrin apardığı iyrənc kampaniyaya baxmayaraq Bakıda keçirilən COP29-un tədbirinə 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Təkcə COP29-un Liderlər Sammitində 80 prezident, vitse-prezident və Baş nazir iştirak edib. Bu fakt onu deyir ki,  ölkəmizə qarşı bu cür düşmənçilik siyasəti yürüdən qüvvələr və ölkələr, nə belə bu beynəlxalq tədbirin baş tutmasına əngəl ola bildilər, nə də Azərbaycanı tutduğu hədəfdən yayındıra bildilər. Bu bir daha onu sübut etdi ki, heç bir qüvvə Azərbaycanı qarşı qoyduğu hədəfdən yayındıra bilməz və bu qeyri-mümkündür. Əksinə, dünya ölkələri də bir daha bunun şahidi oldular. Onlar Azərbaycanın və cənab İlham Əliyev kimi necə qətiyyətli liderə malik dövlət olduğunu gördülər. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzunun daha da artmasına səbəb oldu.

Əminəm ki, cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan qlobal iqlim dəyişkilyinə qarşı mübarizədə öz töhfəsini verəcək və qarşı qoyduğu hədəflərə nail olacaq".

COP29-un əhəmiyyətinə toxunan deputat əlavə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində sonra "yaşıl iqtisadiyyat"a və "yaşıl eerji"yə keçidi öz gələcək inkişaf strategiyasının əsas prioriteti elan edib: "Qarabağ, Şərqi Zəngəzur, Naxçıvanı yaşıl enerji bölgələri elan edib. Azərbaycanın yaxın perspektivdə, daha dəqiqliklə ifadə etsək 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin gələcək planda bunun 10 giqavata çıxarmağı nəzərdə tutulub. Bu məqsədlə də bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Azərbaycan təkcə yaşıl enerji istehsal edən ölkə rolunda yox, həm də ixrac bazarlarına diqqət yetirir. Bunun üçün də Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışır. Azərbaycan Avropanının enerji təhlükəsizliyində oynadığı rolu daha da artırmaq niyyətindədir. Ölkəmiz yaşıl enerji ixrac etməklə Avropanın enerji təhülkəsizliyinin təmin olunmasında daha etibarlı oyunçu rolunda çıxış etmək istəyir. Azərbaycan həm də Orta Dəhlizi  yaşıl dəhlizə çevrimək niyyətini qoyub. Qərblə Şərq, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında əlaqələndirici rolunu oynamaqla bu istiqamətdə ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Əminəm ki, Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında anlaşmanın əldə olunmasına öz müsbət töhfəsini verəcək. Bununla da Azərbaycan nəinki regional, o cümlədən qlobal səviyyədə dayanıqlı sülhün, sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında öz rolunu oynamış olacaq".

Mürtəza
Ölkə.Az

Chosen
40
olke.az

1Sources