EN

Lavrov noyabrın 18-də Braziliyada keçiriləcək G20 sammitində çıxış edəcək

Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Sergey Lavrov noyabrın 18-də çıxış edəcək, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiya Xarici İşlər Nazirinin noyabrın 18-də qeyri-bərabərlik, aclıq və yoxsulluqla mübarizə mövzularında plenar iclaslarda çıxışı planlaşdırılır… bir sıra ikitərəfli danışıqlar da planlaşdırılır”, – Zaxarova brifinq zamanı aydınlıq gətirib.

Bundan əvvəl Lavrovun Braziliyada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcəyi məlum olub.

Rusiya prezidenti Vladimir Putin tədbiri pozmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib.

DOĞRU.AZ

Chosen
35
1
dogru.az

2Sources