EN

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Tokionun qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 13-də Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədriSamir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru YurikoKoikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkısəviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha dainkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğubildirilib.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə COP29-ahazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimizçərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasındakonsensusa nail olunması istiqamətində nəticəyönümlü səylərgöstərildiyi vurğulanıb.

Öz növbəsində R.Koike COP29-un uğurla təşkil edilməsimünasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizəuğurlar arzulayıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyatakeçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib,dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş buərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqolunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanlarımüzakirə edilib.

Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələringenişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuranməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabıtəqdim edilib.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Məqalədə:
Chosen
14
28
az.trend.az

10Sources