EN

Bakının yeni iqtisadi diplomatiyası – COP29-dan sonra baş verəcək dəyişikliklər

  Bakıda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) diqqət böyükdür. Müxtəlif ölkə liderləri, ekspertlər, media nümayəndələri Bakıdadır. Ekspertlər COP29 tədbirinin ölkəmizə böyük prestij gətirəcəyini, ən önəmlisi xarici siyasi kursda yeniliklərə səbəb olacağını deyir.

COP29-dan sonra nələr olacaq? Bakı xarici siyasətində nə kimi yeniliklər edəcək?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan strateji mübarizələrin miqyasında vacib yer tutan yaşıl enerji portfeli üzrə geosiyasi tendensiyalara dərin təsir imkanı qazanacaq:

“Bu imkan verir ki, Azərbaycan bərpa olunan enerji üzrə ixrac potensialına dünyanın güc mərkəzlərinin kapital qoyuluşuna nail olsun.

Azərbaycan qlobal enerji keçidinin əsas hissələrindən biri olmaqla həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinə strateji planlarını vahid qovluqla inteqrasiya edə biləcək.



 
Aqşin Kərimov

Dünyada yaşıl enerjiyə keçid üzrə strategiyalar iqtisadi pozulmalarla müşayiət oluna və ənənəvi enerji resurslarının qiymətlərinin kəskin ucuzlaşması riskləri yarana bilər. Buna görə də Azərbaycan mümkün qeyri-müəyyənliklər fonunda tez bir zamanda Avropaya ixrac olunacaq alternativ enerji resurslarına beynəlxalq təhlükəsizlik və iqtisadi zəmanətlər almağa nail olmaq istəyir.

Rəsmi Bakı xarici siyasət üzrə yaşıl enerji imperativləri formalaşdırıb bunu regional hərəkətverici qüvvənin əsas parçasına çevirməyi bacarmaq istəyir. Azərbaycan mütənasib geoiqtisadi və geosiyasi nəticələri olan alternativ enerji keçidinə tələb olunan səviyyədə yiyələnmək üçün alətləri Ermənistanla münasibətlər kontekstində də nəzərdən keçirir. Hesab etmək olar ki, Azərbaycanla Ermənistan münasibətləri tamhüquqlu və hərtərəfli tənzimləmə üzrə nəticə əldə etdikdən sonra Bakı İrəvanla bərpa olunan enerji üzrə optimal birləşməni təmin edəcək danışıqlar apara bilər.

Bu amil Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə enerji siyasətinin beynəlxalq və regional dəstək qazandıran iqtisadi diplomatiya aləti ola bilər”.  

Chosen
5
1
referans.az

2Sources