EN

Superliqa klubunda yeni təyinat

''Beşiktaş'' üzərində səfərdə qazandığı parlaq qələbədən sonra sürpriz şəkildə baş məşqçi Sami Uğurlu ilə yollarını ayıran ''Kasımpaşa'' yeni baş məşqçisini açıqlayıb.

İstanbul təmsilçisi Hakan Keleş ilə anlaşıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməyib. 52 yaşlı Keleş indiyə qədər yalnız ''Sivasspor'', ''Giresunspor'' və son olaraq ''Konyaspor''u çalışdırıb. Bu məşqçi 2021-də ''Girəsunspor''u 44 illik fasilədən sonra superliqaya daşımış və üstəlik komandanı elitada saxlamağı bacarmışdı. 2023-ün oktyabrından 2024-ün yanvarına qədər ''Konyaspor''un başında 12 oyuna çıxan (4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət) Keleş həmin tarixdən bu yana işsiz idi.

Hazırda 14 xalla 9-cu pillədə qərarlaşan ''Kasımpaşa'' yığma fasiləsindən sonra səfərdə ''Sivasspor''la qarşılaşacaq.

ƏLİ

Chosen
52
football-plus.az

1Sources