EN

"Barselona"nın ulduzu yenidən zədələndi

"Barselona"nın futbolçusu Ansu Fati yenidən sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.

22 yaşlı vinger bu gün məşqdə sağ budunun biseps əzələsindən zədə alıb. 

İspaniyalının sağalması üçün 4 həftə vaxt lazım olacaq. O, La Liqada "Selta", "Las Palmas" və "Betis", həmçinin Çempionlar Liqasında "Brest" və Dortmund "Borussiya"sı ilə oyunları buraxacaq.

Ansu Fati yayda aldığı zədədən sonra sentyabrın ortalarında meydana qayıtmışdı.

Mirağa

Chosen
9
fanat.az

1Sources