EN

Nusret Gökçe dələduzların toruna düşdü

Türkiyənin Şanlıurfa bölgəsində məşhur NUSR-ET restoranının sahibi iş adamı Nusret Gökçenin hesabından saxta etibarnamə ilə 200 min TL (təx. 10 min AZN) çıxarılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən nəticəsində saxlanılan şübhəli şəxs həbs edilib.
 
Hadisə ötən bazar ertəsi Şanlıurfada baş verib. İddiaya görə, İ.A.B. adlı fırıldaqçı, məşhur iş adamı, NUSR-ET restoranlar şəbəkəsinin sahibi Nusret Gökçenin bank hesabına saxta etibarnamə girərək 200 min TL pul çıxarıb.
 
Bank rəsmiləri əməliyyatı şübhəli bilib və bankdan çıxan İ.A.B.-nin vəziyyətini polis bölmələrinə bildiriblər. Nəticədə polis qrupları bankdakı kameralara baxıblar.
Polislər şübhəlini gizləndiyi ünvandaca yaxalayıblar.
 
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs saxta sənədlərlə dələduzluğa cəhd edib.  İ.A.B., \"rəsmi sənədləri saxtalaşdırma\" və \"dələduzluq\" ittihamı ilə həbs edilib.
 
Oksana
Chosen
16
50
azxeber.com

10Sources