EN

Protokol: "Lovely Dent" sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarını pozub

"Lovely Dent" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır. Baxış iclası noyabrın 16-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2024, 08:48   
Chosen
15
pravda.az

1Sources