EN

Polşa MiQ-29 qırıcılarını Ukraynaya verməkdən imtina etdi

Varşava MiQ-29 qırıcılarını Kiyevə verməyəcək. Rəsmi Varşava bunun qarşılığında Şimali Atlantika Alyansı qarşısında şərt qoyub ki, Polşa səması qorunmalıdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, Polşanın mütləq zəmanəti olmayana qədər hakimiyyət təyyarələri Ukraynaya ötürə bilməyəcək, çünki bu qırıcılar ölkəyə “təhlükəsizliyi təmin etmək üçün” lazımdır.

Bizim.Media

Chosen
12
bizim.media

1Sources