EN

Tramp Rusiyaya səfər edə bilər – İDDİA

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiyaya səfər edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu türkiyəli siyasi analtik Engin Özer deyib.

O vurğulayıb ki, Tramp Rusiya – Ukrayna müharibəsini dayandırmaq səyləri çərçivəsində bu addımı atacaq.

Özerin fikrincə, Moskva ilə Kiyev arasındakı müharibəyə son qoymaq planını həyata keçirmək üçün respublikaçının dövlət başçısı vəzifəsinə başlaması lazım deyil, maraqlı tərəfləri razı salmaq lazımdır. Ekspert qeyd edib ki, sülh sazişi hələ imzalanmayacaq.

Özer Trampın münaqişənin dondurulmasında israrlı olacağına inanır.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Donald Trampın hakimiyyətə qayıdışı ABŞ-nin Ukraynadakı proseslərə təsir etməyəcək.

Məlik,
KONKRET.az

 

Chosen
10
konkret.az

1Sources