EN

COP29 çərçivəsində Çoxtərəfli İnkişaf Bankları müzakirə olunur

COP29 çərçivəsində "Transformativ iqlim fəaliyyəti: maliyyə axınlarından diqqətin Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə çevrilməsi" mövzusunda dəyirmi masa keçirilir

Olaylar xəbər verrir ki, tədbirin məqsədi inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirilməsinin cəlb edilməsində Çoxtərəfli İnkişaf Banklarının (ÇİB) rolunu müzakirə etməkdir.

Tədbirin təşkilatçısı COP29 Prezidentliyi və Asiya İnkişaf Bankıdır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
49
olaylar.az

10Sources