EN

"Çelsiyə keçmək fikrim yox idi, məni yola gətirdilər" - Koul Palmer

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer London təmsilçisinə keçmək istəmədiyini, onu "şəhərlilər"ə qoşulmaq üçün dilə tuttaraq yola gətirdiklərini deyib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" Palmerin sözlərini belə çatdırıb:

"Çelsi"yə keçmək fikrim yox idi. Məni yola gətirdilər. Bilirdim ki, klubumu dəyişməsəm, istədiyim qədər oynaya bilməyəcəm. Adam oynamayanda qıcıqlanır. Əslində, klubumu dəyişmək yox, icarə əsasında başqa komandada oynamaq istəyirdim".

Xatırladaq ki, Palmer "Çelsi"yə 2023-cü ilin yayında, 47 milyon avro qarşılığında "Mançester Siti"dən transfer olunub. Cari mövsüm "zadəganlar"ın forması ilə bütün turnirlərdə 13 matça çıxan orta xətt oyunçusu 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Chosen
5
fanat.az

1Sources